Hədiyyə edilən nəşrlər Bəhram Bağırzadənin müəllifi olduğu maarifləndirici kitablardır. Bu kitablar Azərbaycanın regionları, tarixi məkanları, milli dəyərləri haqqında sadə və anlaşılan formada məlumat təqdim edir və uşaqlarda vətənpərvərlik duyğusunu gücləndirməyə xidmət edir. Görüşdə çıxış edən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, şagirdlərə təqdim olunan bu kitablar Azərbaycanın tarixini və bölgələrini dərindən öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır: “Bu nəşrlər uşaqlarımıza ölkəmizi sevdirmək, onların milli-mədəni dəyərlərimizi daha yaxşı tanımasına şərait yaratmaq məqsədi daşıyır. Azad olunmuş ərazilərdə böyüyən yeni nəslin bilikli, məlumatlı və vətənpərvər yetişməsi bizim üçün prioritetdir”.
Qeyd edək ki, yalnız Horovlu kənd məktəbinin şagirdlərinə deyil, həmçinin Cəbrayıl şəhər məktəbinə, Cocuq Mərcanlı və Ağalı kənd məktəblərinə də kitablar hədiyyə edilib. (AZƏRTAC)