01.07.2025, 16:24
AZ EN
28.05.2025, 10:39 135

Hüseyn Quliyev: Laçının bərpasına investorların cəlbində heç bir bürokratik əngəldən söhbət gedə bilməz

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçının bərpasına investorların cəlbində heç bir bürokratik əngəldən söhbət gedə bilməz.

Bunu Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev deyib.

O qeyd edib ki, bu barədə mətbuatda ara-sıra yazılan bəzi neqativ fikirləri reallıq kimi qəbul etmək doğru olmaz:

“Hər kəsin özünəməxsus yanaşması var. Nəzərə alaq ki, insanlar 32 il bir-birindən ayrı düşüblər və yeni nəsillər formalaşıb. Laçında bütün dövlət qurumların fəaliyyəti təmin olunub. Hər bir dövlət qurumunun özünün inzibati binası var”.

Müsahib diqqətə çatdırıb ki, ermənilərin tamamilə dağıtdığı və heç bir əmlakı olmayan insanlar üçün yeni evlər tikilib:

“Bu insanları razı salmaq, onları işlə təmin etmək də çətin bir prosesdir. Sifarişçi təşkilatlar bizə bu məsələdə kömək edirlər. Biz investorlar üçün açığıq, bu sahədə özünü doğruldan insanlarla görüşlər ola bilər”. (Report)

Oxşar xəbərlər