Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Agentlik Cəbrayıl rayonu, M.Mehdizadə adına tam orta məktəbdə növbəti əmək yarmarkası keçirib.
Yarmarkada 13 işəgötürən tərəfindən 100-dən çox vakansiya (o cümlədən, elektrik mühəndisi, departament müdiri, şöbə müdiri, böyük məsləhətçi, mühasib, anbardar, kassir, satıcı, çilingər, bənna, rəngsaz, aşbaz, nəzarətçi, santexnik, qazpaylayıcı stansiyada operator və s.) təqdim olunub.
Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Günel QULİYEVA