Kəndə köçürülən sakin Zülfinaz Mirzəyeva bildirib ki, Ağalıya 2 övladı ilə birlikdə gəlib: "Nə deyəcəyimi bilmirəm. Həm kədərli, həm də sevincliyəm. Ömürlük burada yaşamaq üçün gəlmişəm. Böyük arzularım var. İstəyirəm burada övladlarımın toyunu edim. İnşallah qismət olar. Köçkün həyatı, ümumiyyətlə bu adı daşımaq çox ağırdır. sevinirəm ki, artıq bu ağır yükdən azad olduq".
Z.Mirzəyeva əlavə edib ki, o, 12 yaşına qədər Ağalıda yaşayıb: "Ermənilər torpaqlarımıza soxulmaqla, ərazilərimizi işğal etməklə, evlərimizi dağıdıb, el-obamızı viran qoymaqla təkcə bizim kəndimizi işğal etmədilər. Bu mənfur qonşularımız bizim uşaqlığımızı da əlimizdən aldı. İndi mənim biri 22, biri 19 yaşında olmaqla iki övladım var". (Report)