01.07.2025, 18:16
AZ EN
13.03.2025, 16:48 172

"Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi yekunlaşıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi yekunlaşıb.

Müsabiqənin rayon mərhələsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin qeydiyyatdan keçmiş şagirdlərinin təqdimatları dinlənilib. Uğur qazanan  ən yaxşı təqdimat müəllifləri region mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər