14.05.2025, 16:41
AZ EN
04.09.2023, 14:45 466

İndi onların xoşbəxtliyi heç bir ölçüyə sığmaz

ŞƏRQİ ZƏNGƏZUR
  • 2022-ci ilin 26 avqust tarixi həm xalqımızın, həm də laçınlıların yaddaşına xoş anlarla yazıldı. Çünki bu ildə Azərbaycan yeni tarix yazdı. Laçının gözəl kəndlərindən biri Zabux kəndi bu il bir yaşını doğma sakinləri ilə bir yerdə qeyd etdi.

Zabux sakini Allahverdi Əliyev bildirir ki, 31 il, 102 gündür ki, mən bu yerlərdə olmamışam. Bu gün iki gecədir burdayam. Şükürlər olsun...

Qənirə Həsənovanın isə sevinci yerə-göyə sığmır, deyir ki,  sağ olsunlar, belə gözəl evləri tikib bizə veriblər, biz də gəlib içində oturmuşuq. Torpaqlarımızı azad edənlərin Allah canını sağ eləsin, ömrünü uzun eləsin və əlavə edir ki, Onlar, Prezident və xanımı Mehriban Əliyeva o qədər gözəl, səmimi, xeyirxah insanlardır ki... Mən bir kəlmə onlardan xahiş elədim, o dəqiqə yerinə yetirdilər. Həm Prezidetimiz İlham Əliyevdən, həm də Birinci xanım Mehriban Əliyevadan dünyalar qədər razı oldum. Allah onları qorusun!..

Zabuxa qayıdan 88 sakin bu sevinci  yaşayır. Çünki onlar qürur və fərəhlə öz doğma yurdlarına qayıdıblar. Onların ilk qonaqları isə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olub. Həmin tarix həm də rəmzi məna daşıyırdı...

Doğma yurdlarına, evlərinə qayıdan insanlar sevincli-kədərli anlar yaşayırlar burda. Çünki yarım qalan həyatları var bu yurd yerlərində. Onlar Laçında həyatlarını qaldıqları yerdən başlayacaqlar. 31 ildən sonra  yenə köhnə qonşular bir süfrə başında əyləşdilər. Acılı-şirinli xatirələrdən, olanlardan, keçənlərdən danışıb söhbətləşdilər. Gülüş səsləri ətrafa yayıldı. Onların sevinci, gülüş sədaları doğma insan nəfəsinə, səsinə həsrət qalan dağı, daşı da sevindirdi sanki, sevinc-sevincə qarışdı yenidən abadlaşan yurdun qoynunda. İndi onların bu xoşbəxtliyi heç bir ölçüylə çığmaz.

Yaşar Cəfərov, Zabux sakini:

-Maşın Zabuxun görünən yerində saxlayanda, məni maşından düşürdülər, ayağım yerimədi, qıçım qatlandı,  yaş məni boğdu. Qoluma girib gətirdilər, Zabuxa baxdım, ağladım.

Gövhər Fərəcova, Zabux sakini:

-Çox sevinirəm, Allah Prezidentimizin canını sağ eləsin. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin ki, bizə bu sevinci yaşatdılar. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Doğma yurdumuzda daha gözəl, rahat günlər yaşayacağımıza inanıram.

Laçın rayonunun xüsusi nümayəndəsi Məsim Məmmədov AzTV-yə açıqlamasında bildirib ki, indi əsas hədəf bütün sakinlərin tezliklə Laçına qaytarılmasıdır.

Bu günə qədər Laçın şəhərinə 254 ailə köçürülmüş, sakinlərin sayı minə yaxınlaşmışdır. İndi deyə bilərik ki,  cənab Prezident tərəfindən qoyulmuş vəzifə ilin axırına kimi Laçın şəhərinə və ətraf kəndlərə, Zabux kəndinə minlərlə sakin qayıdacaq. Bundan əlavə,  digər vəzifələrlə birlikdə Laçın şəhərinin bərpası davam etdirilir və yeni obyektlərin, yaşayış komplekslərinin tikilməsi davam etdiriləcəkdir.

O vaxta qədər uşaq bağçası, məktəb və xəstəxana da sakinlərin istifadəsinə veriləcək.

Qeyri-konstruksiya işini yerinə yetirərkən məktəbin konstruksiyası tam möhkəmləndirilib. Bütün divarlar tarket üsülu ilə möhkəmləndiriləndən sonra  laboratoriyalar, texnoloji kabinetlər,  hərbi kabinet, yeməkxana, idman zalı hamısı müasir tələblərə uyğun bərpa olunub və şagirdlərin, sakinlərin istifadəsinə verilib.

Tezliklə Laçın həm də turizm mərkəzinə çevriləcək. Burda yerli və xarici qonaqların rahat və zövqlü istirahəti üçün  zəruri infrastruktur yaradılır.

Laçın bərpa olunarkən onun özünəməxsusluğu qorumaqla yanaşı, gözəlliyinə gözəllik qatmaq üçün fərqli  çalarlar da əlavə olunur. Məsələn, elə Laçının mərkəzi küçəsindən keçəcək tranvay kimi...

Prezident İlham Əliyevin Laçına səfəri zamanı açılışını etdiyi obyektlər, verdiyi tapşırıqlar Laçının tezliklə cənnətə dönəcəyinə bir işarədir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər