Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin layihədə birmərtəbəli fermerlər üçün təsərrüfat binası, birmərtəbəli 21 ədəd 16 başlıq iribuynuzlu heyvanlar üçün tövlə, birmərtəbəli 21 ədəd 24 başlıq xırdabuynuzlu heyvanlar üçün tövlə, birmərtəbəli iri texnikalar üçün dayanacaq (talvar), birmərtəbəli ot anbarı, birmərtəbəli taxıl (yem) anbarı, birmərtəbəli köməkçi tikililər və mühəndis-kommunikasiya qurğularının tikilməsi nəzərdə tutulub.
M.Qənbərov həmçinin bildirib ki, Laçın rayonunun Mollalar kəndi ərazisində rəy olmadan qaz xətti çəkilərkən xeyli yaşıllığa ziyan vurulub:
"Bu tip problemlər öz həllini tapmalıdır. Hər bir təklif olunan layihədə yaşıllığın qorunmasına xüsusi diqqət yetirilməlidir". (Report)