03.12.2024, 21:57
AZ EN
26.08.2024, 14:58 253

Laçının balaca sakinləri bayram ab-havasına rəngarənglik qatıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Doğma Laçınımızın hər guşəsində bayram ab-havası hiss olunur. Şəhərin fərqli məkanlarında keçirilən tədbirlərin bir çoxunda baş rolda Laçının balaca sakinləri olan uşaqlar yer alıb. Onların ifasında səslənən vətənpərvərlik ruhlu mahnıların sədası ətrafa yayılıb. Belə ki, bayram şöləni çərçivəsində "Seyrangah"da da rəngarəng proqramlar nümayiş olunub.

Məkanda Müstəqil “Oyuq” uşaq teatrı tərəfindən milli nağıl qəhrəmanlarımızdan səhnəciklər göstərilib, Azərbaycanın uşaq kinematoqrafik nümunələrindən ibarət konsert proqramı təqdim edilib.

Bundan başqa Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Qırmızı papaq” tamaşası nümayiş olunub. Yevgeni Şvartsın eyniadlı əsərinin motivləri əsasında hazırlanan tamaşaya rejissor, Əməkdar artist Loğman Kərimov quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Azad Məmmədov, quruluşçu rəssamı Valeh Məmmədovdur. Rolları Sürahi Əliməmmədova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Nihat Heybətov, Orxan Abışov, Cavid Cavadzadə canlandırıblar.

Laçın sakinləri möhtəşəm tədbirləri xoş ovqatla izləyiblər.

Sonra "Qoçdaş” interaktiv sərgi təşkil edilib. Həmçinin xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub. Ustad dərslərində şəbəkə, həsir sənəti, keramika, misgərlik və s. sahələr üzrə məlumat verilib, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirilib. (AZƏRTAC)

Oxşar xəbərlər