16.06.2025, 14:39
AZ EN
15.09.2022, 13:09 455

Ağalı kənd tam orta məktəbinin müəllimi: Məktəbimizdə tədrisin yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik

ŞƏRQİ ZƏNGƏZUR
  • Mən Azərbaycan Dillər Universitetinin məzunuyam. Xaçmazda yaşasam da, buraya gələrkən tərəddüt etmədim. Vətənpərvər müəllim olaraq düşünürəm ki, hər bir müəllimin missiyası Vətənə xidmət etmək, vətənpərvər, bilikli gənclər yetişdirməkdir.

Bu sözləri Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin ingilis dili müəllimi Səmayə Müslümzadə deyib.

“Bu gün mənim Vətənə borcum övladlarımıza keyfiyyətli təhsil verməkdir. 30 ildən sonra işğaldan azad olunmuş bölgələrimizdə müəllim kimi işləmək hər birimiz üçün qürurvericidir. Biz müəllimlər burada hər bir şəraitlə təmin olunmuşuq. Eyni zamanda, məktəbimizdə ən son texnologiyalar tətbiq edilib. Məktəbimizdə tədrisin yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik”, - deyə Səmayə Müslümzadə qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR