14.03.2025, 09:35
AZ EN
19.01.2025, 08:00 174

20 Yanvar faciəsininin 35-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil edilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına və Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəblərində 20 Yanvar faciəsininin 35-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil edilib.

Tədbirlərdə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, onların qəhrəmanlıq nümunələri gənc nəslə çatdırılıb. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, şeir nümunələri səsləndirilib.

Eyni zamanda tədbirlər çərçivəsində 1990-cı ilin qanlı yanvar hadisələrini əks etdirən dövrün qəzet və materiallarından ibarət guşə yaradılıb. Bu nəşrlər vasitəsilə şagirdlər faciənin tarixi reallıqları ilə daha yaxından tanış olublar, azadlıq mübarizəsinin xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu bir daha başa düşüblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR