24.04.2025, 14:33
AZ EN
16.05.2023, 16:37 328

Laçın turizm və təhsil mərkəzinə çevriləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Hazırda 5 min işçinin çalışdığı Laçın şəhəri də tezliklə turizm və təhsil mərkəzinə çevriləcək. Şəhərdə evlərin bərpasında  müasir və xalq memarlığına üstünlük verilir. Yaşıllıq zonaları salınır. Laçının iqliminə uyğun meyvə ağacları da sifariş edilib. Burada qonaqlar üçün nəzərdə tutulan evlər inşa edilib.    

Laçında Həkəri çayının sahilində çimərlikdə yaradılacaq gölün ətrafında abadlaşdırma, müxtəlif işıqlandırma, ümumiyyətlə istirahət zonaları qurulur.

Memar Elnur Abdullayev deyir ki, Laçında müxtəlif istirahət zonalarının  yaradılması, şəhərin turizm sektorunda da yeni addımlar atılır. “Düşünürük ki, yaxın zamanlarda bunlar istifadəyə veriləcək və sakinlər normal şəkildə istifadə edə biləcəklər”.

Laçında peşə yönümlü təhsil kursları da yaradılacaq ki, bura digər bölgələrdən də gənclər cəlb ediləcək.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər