Bəyin atası Baloğlan İsmayılov bu xoş gündə təəssüratlarını bölüşərək deyib: “Bu günləri çoxdan arzulayırdıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Müzəffər Ali Baş Komandanımız, qəhrəman Ordumuz sayəsində bu günləri yaşayırıq. Həsrətini çox çəkmişdik. Bu, bizim arzularımız idi, onlar çin oldu. Şükürlər olsun ki, öz kəndimizdə toy edirik. Qarabağ torpağına toy yaraşır, “Cəngi” yaraşır. Bəyimiz də, mən də döyüşçü olmuşuq. İkimizin də arzusu olub ki, bu torpaqlarda yaşayaq. İndi o arzumuz gerçəkləşib”.
Qeyd edək ki, dövlətimiz tərəfindən yenidən qurulan Ağalıda 871 sakin yaşayır. (AZƏRTAC)