21.11.2024, 20:29
AZ EN
25.07.2022, 18:00 286

Ağalı sakinləri onlar üçün yaradılan şəraitdən məmnundur

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayon Ağalı kəndinin sakinləri onlar üçün yaradılan şəraitdən məmnundurlar.

Bunu kənd sakini Möhübbət Səmədov deyib.

O, Ağalıya iyulun 19-da köçürüldüyünü diqqətə çatdırılıb.

Möhübbət Səmədov bildirib ki, 30 ildir ayrı olduqları dostları, qonşuları ilə yenidən bir arada olduqlarına görə sevinc hissi keçirirlər:

“Belə gözəl hissləri bizə yaşatdıqları üçün şəhidlərimizin qarşısında baş əyirik. Allah qazilərimizə şəfa versin. 30 ildir ayrı düşdüyümüz dostlarla, qonşularla yeni qurulmuş Ağalı kəndində yenidən bir araya gəlmişik. Sevincimizin hədd-hüdudu yoxdur. Ermənilər buranı bərbad vəziyyətə qoymuşdular. İndi müasir infrastruktur qurulub, hər bir şəraitimiz var. 30 il bundan öncə bu torpaqlardan gözü yaşlı çıxmışdıq, amma indi gülə-gülə qayıtdıq”.

İyulun 21-də Ağalıya köçən kənd sakini Elbrus Zeynalov da yaradılan şəraitə görə minnətdarlığını bildirib:

“İlk gün övladlarım üçün bir az çətin oldu. Dostlarından ayrıldıqları üçün darıxırdılar. Amma burda da dostları olacaq, öyrəşəcəklər. Çox yüksək şərait yaradılıb. Hər şeydən məmnunuq”.

Oxşar xəbərlər