02.12.2025, 10:09
AZ EN
02.12.2025, 08:00 25

Horovlu kənd məktəbi fəaliyyətə başladı: Təhsilin Böyük Qayıdışı davam edir

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən qurulması çərçivəsində təhsil sahəsində də mühüm addımlar atılır. Bu istiqamətdə atılan son addımlardan biri Cəbrayıl rayonunun Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması olub.

2025-ci il dekabrın 1-də məktəbin açılışı münasibətilə keçirilən tədbirdə dövlət rəsmiləri, yerli sakinlər, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov və digər çıxışçılar bu hadisəni tarixi dönüş nöqtəsi kimi dəyərləndiriblər. Onlar ölkəmizdə təhsilin prioritet istiqamət olduğunu vurğulayaraq, azad olunmuş ərazilərdə tədris prosesinin uğurla bərpa edilməsini xüsusi qeyd ediblər.

Yeni məktəbdə yaradılmış şərait və qarşıya qoyulan məqsədlər də tədbirdə iştirak edən qonaqlar tərəfindən yüksək qiymətləndirilib. Hal-hazırda məktəbdə 103 şagirddən ibarət 11 sinif fəaliyyət göstərir və tədris prosesinə 17 müəllim cəlb olunub.

Tədbir məktəblilərin hazırladığı bədii hissə və məktəb binasına baxışla başa çatıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR