16.06.2025, 13:03
AZ EN
19.04.2023, 20:30 274

Nurit Qringer: “Azərbaycan çox haqsızlıqlar yaşayıb”

ŞƏRQİ ZƏNGƏZUR
  • "Azərbaycan çox haqsızlıqlar yaşayıb və bunu düzəltmək lazımdır".

Bu barədə Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer bildirib.

“Mən Azərbaycanın 30 il ərzində yaşadığı ədalətsizliyi düzəltməyə çalışmaq niyyətindəyəm. Bərpa və tərəqqi görmək istəyirəm”, - o deyib və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün çox güclü siyasi xətti var.

“Ümid edirəm ki, bu, davam edəcək və regionda sülhə gətirib çıxaracaq”, - Fond rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-da təsis etdiyi Fondun məqsədi Azərbaycanın mədəni irsini dünyada təbliğ etməkdir.

Xanım Qringer, həmçinin qeyd edib ki, bir yəhudi kimi onun üçün İran-Azərbaycan sərhədində, Cəbrayıl rayonunda olmaq xüsusi əhəmiyyət kəsb edir.("Report")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR