Şanlı Zəfərimizin ildönümünə həsr olunmuş bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artistləri, Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına xor kollektivi, Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu və gənc solistlər, o cümlədən xanəndələr, aşıqlar iştirak edib, məktəblilərin iştirakı ilə milli rəqslər nümayiş olunub, şeirlər səsləndirilib.
Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib. (AZƏRTAC)