24.04.2025, 03:33
AZ EN
27.08.2022, 15:00 475

Zabux kənd sakini: Həkəri çayından farel balığı tutub yeməyim ən gözəl xatirələrimdən biridir

ŞƏRQİ ZƏNGƏZUR
  • Mən bu gözəl gün – Laçına, Zabux kəndinə qayıdış münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Orada çox gözəl xatirələrim var. Amma ən gözəl xatirələrim gənclik vaxtlarımda, uşaqlıq illərimdə olub. Bu xatirələrdən biri də Həkəri çayından farel balığı tutub yeməyimdir. Laçından çıxdıqdan sonra, ötən 30 ilə yaxın dövr ərzində demək olar ki, dünyanın hər yerində olmuşam, amma heç bir yerdə həmin balığın dadının, oraların suyunun, havasının şahidi olmamışam.

Bu sözləri Zabux kənd sakini Mübariz Həsənov söyləyib.

Otuz ildir Laçının həsrəti ilə yaşadığını qeyd edən kənd sakini deyib: “Laçını tərk edəndən sonra yaşadığımız həyat çox çətin oldu. Amma dövlətimiz qısa zamanda bizim üçün hər bir şəraiti yaratdı. Əminəm ki, Laçına qayıtdıqdan sonra da sakinlər üçün hər bir şərait yaradılacaq. Prezident İlham Əliyev deyəndə ki, Ordumuz artıq Laçına daxil olub, mən onda həqiqətən çox sevindim.

Allahdan Prezidentimizə cansağlığı arzulayıram, qazilərimizə isə şəfa diləyirəm. Ordumuza da təşəkkür edirəm. Arzum budur, bütün Qarabağ camaatı kütləvi şəkildə öz torpaqlarına qayıtsın, haqqın rəhmətinə qovuşmuş əzizlərinin məzarlarını ziyarət etsin, doğma elində, obasında ruh yüksəkliyi ilə daimi yaşasın”. (AZƏRTAC)

Oxşar xəbərlər