21.11.2024, 17:30
AZ EN
14.10.2024, 09:00 238

Bakı-Laçın müntəzəm avtobus xətti laçınlıları çox sevindirir

ŞƏRQİ ZƏNGƏZUR
  • Uzun illərdən sonra Bakıdan Laçına müntəzəm avtobus xətti üzrə hərəkət edən avtobus artıq fəaliyyətə başlayıb.

İmamqulu Haqverdiyev 1992-ci ilin may ayına kimi Laçın-Bakı xətti üzrə sürücü işləyib.

Laçın sakini, İmamqulu Haqverdiyev:

-1975-ci ilin axırlarından Bakı-Laçın xətti üzrə sürücü işləmişəm. Demək olar ki, o vaxtlar köhnə bir avtobus sürücüsü kimi bu gün bu avtobusu görəndə çox sevindim. 32 ildən sonra belə müasir avtobus gəlib Laçına. Sağ olsun dövlətimiz, hökumətimiz, rayonumuzun məsul şəxsləri  ki, belə bir avtobus xitmətə buraxılıb. Sevinir və fəxr edirik.

Laçın sakini, Mahir Abbasov:

-Əvvəl bizim böyük şəhərlərə, o cümlədən də paytaxta gedib-gəlməyimizdə çətinlik çəkirdik. Şəxsi maşınlarımız və digər avtomobillərdən istifadə edirdik. Artıq bundan sonra belə rahat avtobusdan istifadə edəciyik. Bu, həm rahatlıq üçün, həm də maddi cəhətdən çox önəmlidir.

Laçın sakini, Bəsti Hacıyeva:

-Əvvəllər çox əziyyət çəkirdik, xüsusu maşınlarımızla gedirdik. İndi şükür ki, marşrut açıldı. Gözəl, kamfortlu nəqliyyat vasitəsidir, əladır.

Laçın sakini:

-Məntuqə Abbasova:

-Əvvəllər də Laçına gedirdik, ancaq bilmirdik hansı saatda gedəcəyik. Amma indi bilirik ki, hansı saatda yola düşəcəyik, nə vaxt qayıdacağıq. Çox sevinirik. Allah şəhidlərimizə rəhmət eləsin.

Qeyd edək ki,  Bakıdan Laçına reyslər hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.

Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır. Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun icazələrin olması mütləqdir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər