17.06.2025, 01:05
AZ EN
06.03.2025, 15:48 297

Naxışlı Laçın

ŞƏRQİ ZƏNGƏZUR
  • Onların zərif əllərinin, incə qəlblərinin sevgisidir Laçını yenidən dirçəldən. Rənglər, cizgilər, kölgələrin kompozisiyası, bu qədərmi möhtəşəm ola bilər... Sənətin, zərifliyin və zövqün birləşərək toxunulduğu bu parçaların hər biri  Laçın rənglidir.  Hər tikişdə bir naxış, hər naxışda bir hekayə toxunur sanki.

Laçında fəaliyyətə başlayan Naxışlı Tikiş Evində milli ornomentlərdən ilhamlanaraq milli ekskuliziv dizaynlar hazırlanır.

Tikiş Evinin drektoru, Pərvanə Həsənova:

-Ev tekstlləridir, uşaq paltarlarıdır, çantalar, pul qabları, bəzək əşyaları hazırlanır. Özü də doğma Laçınımızda işləyən qızlar bunu fəxrlə, həvəslə hazırlayırlar. Naxış Tikiş Evinin qızlardan ibarət işçiləri İsveçrədən gətirilmiş müasir aparatlarla, avadanlıqlarla işləyirlər. 15 maşına 3 nəfər nəzarət edir.

Laçının simvolu sayılan süsəngülü həm də Laçın xanımlarını təsvir edir bir növ. İncə, zərif görünüşü ilə yanaşı,  hər fəsildə açmağı ilə də Laçın xanımları kimi zəhmətkeşliyi göstərir.

Artıq müəssisə gündə iki yüzdən çox sifariş qəbul etməyə hazırdır. Keyfiyyətli məhsullar və istənilən naxış seçimi ilə müştərilərə xidmət göstərilir.

Yenidən Vətən torpağında olmaq, burda yaşayıb yaratmaq isə hər bir laçınlı kimi Qələm Süleymanovanın da ürəyincədir.

Laçın sakini, Qələm Süleymanova:

-Laçından 15 yaşımda çıxmışam, 47 yaşımda isə yenidən Laçına qayıtmışam. İki ildir ki, Laçın şəhərində yaşayıram. Çox sevinirəm ki, ata-baba yurdumuza, doğma elimizə qayıtmışıq, burda işlə təmin olunmuşuq.

Laçın sakini, Sevil Haqverdiyeva:

-32 ildən sonra yenidən doğma vətənimizə gəlmişik. Qürur duyuruq. Bundan gözəl hiss ola bilməz. Vətənimiz bizim üçün əzizdir. Burda çeşnilərimiz var, hər şey tikirik; uşaq paltarları, koftalar, çantalar. İşimizlə qürur duyuruq.

Laçın sakini, Nisə İbrahimova:

-İki ilə yaxındır Laçında yaşayıram. Burda işləmək bizim üçün böyük fəxrdir. Çox sadıq. Gözəl işlərimiz var. Zövqlü işlərlə məşğuluq, parçalar üzərində güllər toxuyuruq.

On altı laçınlı xanımın birgə əməyinin bəhrəsi olan bu tekstil nümunələri təkcə evlərimizi, əyin-başımızı bəzəməyəcək. Həm də gözümüzü, könlümüzü də xoş edəcək. Məhz onların zərif əllərinin, incə qəlblərinin sevgisidir həm də Laçını yenidən dirçəldən.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR