21.11.2024, 20:45
AZ EN
21.11.2022, 13:25 435

Amerikalı tədqiqatçılar Ağalı kəndində sakinlərin qonağı olublar

ŞƏRQİ ZƏNGƏZUR
  • “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran Zəngilan rayonunun Ağalı kəndində sakinlərin qonağı olublar.

Tədqiqatçılar ailənin gündəlik həyatı ilə tanış olublar.

Görüş zamanı B.Şaffer Ermənistanın işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşların doğma evlərinə qayıtmasının vacibliyini bildirib.

"Erməni işğalından azad edilmiş şəhərin necə bərpa olunduğunun şahidi oluruq. Zəngilan strateji əhəmiyyət kəsb edir", - B.Şaffer vurğulayıb.

O, həmçinin Zəngəzur dəhlizinin açılması ilə Zəngilanın əhəmiyyətinin daha da artacağını və bunun şəhərin inkişaf və ticarət mərkəzinə çevrilməsinə imkan verəcəyini söyləyib.

Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Ağalı kəndi Zəngilanın keçmiş sakinlərinin, yaxın vaxtlara qədər məcburi köçkün hesab edilənlərin qayıtdığı ilk yaşayış məntəqəsidir. (Report)

Oxşar xəbərlər