Bu sözləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev söyləyib.
O bildirib ki, Zəngilan şəhərində Oxçuçay üzərində 4 ədəd kiçik su elektrik stansiyası qurulub. Bu da Zəngilan şəhərinin alternativ enerji ilə təminatına imkan verir. Bundan başqa, Ağalı kəndində Həkəri çayı üzərində qurulmuş “Arximed” qurğusu vasitəsilə bu kəndin elektrik enerjisinə ehtiyacı təmin olunur.
“Həmçinin ərazi günəşli günlərin sayına görə xüsusilə fərqlənir və bu da bizə imkan veririk ki, tikilən bütün evlərdə, inzibati binalarda günəş panellərindən geniş istifadə edilsin”, - deyən V.Hacıyev işğaldan azad olunmuş bütün ərazilərdə biomüxtəlifliyin bərpası istiqamətində də bir sıra layihələrin həyata keçirildiyini xatırladıb. Deyib ki, sadalanan bütün bu fəaliyyətlər ölkəmizin dünyada qlobal iqlim dəyişmələri ilə mübarizə işinə müsbət töhfəsini verir, həmçinin COP29-un məqsədlərinə nail olunması işinə də dəstək göstərir. (AZƏRTAC)