Bu fikirləri Laçın rayonu Zabux kənd sakini Mübariz Rüstəmov bildirib.
"Adət-ənənələrimizi yenidən bu torpaqlarda yaşadırıq. Uzun ayrılıqdan sonra Laçında ilaxır çərşənbənin sevincini yaşamaq o qədər qürurvericidir ki, bunu heç bir sözlə ifadə etmək mümkün deyil. Məni daha çox sevindirən məqamlardan biri Laçını görməyən gənclərin, uşaqların Laçına bu qədər bağlı olmalarıdır. Uzun illər xəyal etdiklərimizi bu gün gerçək həyatda yaşayırıq", - o qeyd edib.
Zabux sakini vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.
Qeyd edək ki, Laçın sakinləri 32 ildən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Bayram münasibətilə Laçında “Can Laçın” devizi altında Novruz yarmarkası keçirilir. (Report)