21.11.2024, 16:45
AZ EN
15.12.2022, 16:24 220

Gənclər təşkilatları Ağalıda yeni layihələrin reallaşdırılması imkanlarını müzakirə ediblər

ŞƏRQİ ZƏNGƏZUR
  • Ölkənin aparıcı gənclər təşkilatlarının rəhbər və nümayəndələri Zəngilan rayonun Ağalı ağıllı kəndinə səfər ediblər.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından bildiriblər ki, səfərdə nümayəndə heyəti tərəfindən Ağalı kənd orta məktəb və bağça, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzi, Gillmed tekstil, Ağalı Xidmətlər Mərkəzi və Arximed nəzəriyyəsi ilə elektrik enerjisi istehsal edən Süni göl ziyarət edilib.

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.

Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə baş tutan səfərdə 40-dan çox gənclər təşkilatının nümayəndəsi iştirak edib.

Qeyd edək ki, səfərin əsas məqsədi vətənpərvərlik hislərinin gənclərə aşılanması, Böyük Qayıdış prosesində gənclər təşkilatlarının ideoloji cəhətdən gənclərlə birlikdə fəaliyyət aparması, həmçinin işğaldan azad olunmuş ərazilərimizə gənclər təşkilatlarının rəhbərlərinin səfər etməsi ilə həmin ərazilərdə yaşayan gənclərimizin dövlətin onlar üçün yaratdığı fürsət və imkanlar barədə məlumatlandırılması və orada mümkün yeni layihələrin reallaşdırılması imkanlarının müzakirəsindən ibarət olub. (AZƏRTAC)

Oxşar xəbərlər