09.06.2025, 06:55
AZ EN
14.10.2022, 14:00 507

Ağalı kəndinin daxili enerji ehtiyacının ödənilməsi üçün “Arximed” qurğusu quraşdırılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini yaşıl enerji zonası prinsipləri əsasında həyata keçirir. Bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün "Yaşıl iqtisadiyyat" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Zəngilan rayonunun Ağalı kəndində icra olunan ilk “Ağıllı kənd”in daxili elektrik enerjisi ehtiyacının ödənilməsi məqsədi ilə karbon emissiyası sertifikatına malik olan “Arximed” qurğusu quraşdırılıb: "Bu sistem günəş enerjisi və digər alternativ enerji istehsalçılarıına nisbətən fasiləsiz işlədiyi üçün daha çox enerji əldə etməyə imkan verir.

Qarşımıza qoyduğumuz vacib məsələlərdən biri də EKTİS altında süni intellektin tətbiqi ilə torpaq resurslarının mühafizəsinə nəzarət etmək və məlumat bazasını yaradılmasıdır.

Torpaqların mühafizəsi və münbitliyinin bərpası üçün həmin sahələrə tələbata uyğun üzvi və mineral gübrələr, sideratlar verilməli, müasir suvarma sistemləri tətbiq olunmalı, tarla və torpaqqoruyucu meşə zolaqları salınmalı və s. bu kimi qabaqcıl kənd təsərrüfatı təcrübələri tətbiq olunmalıdır". ("Trend")

Oxşar xəbərlər