21.11.2024, 18:53
AZ EN
11.07.2023, 15:43 240

Kəlbəcərin dağ altından keçən tunelləri: Şərqi Zəngəzura gedən yollarda işlər sürətli davam edir

ŞƏRQİ ZƏNGƏZUR
  • “Mədəniyyət yollardan başlayır”,- deyiblər. Bu sözdə böyük həqiqət var. İşğaldan azad olunan torpaqlarımızda çəkdiyimiz yollar işğal dövründə burda törədilən barbarlığın izlərini silir indi. Bu yollar kənd və qəsəbələrimizə həyatı yenidən qaytaracaq. Eyni zamanda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu kimi.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayıb Kəlbəcər rayonundan keçir. Rayonun bir neçə yaşayış məntəqəsini və İstisu ərazisindən keçməklə gediş-gəlişi rahatlıqla təmin edəcək. Hal-hazırda bu avtomobil yolunda  genişləndirmə işləri həyata keçirilir və yol boyu istinad divarları inşa edilir. 82 kilometrlik bu yolda tikinti işləri sürətlə davam edir. 1,2 və 3-cü texniki dərəcəli yol olmaqla 2, 3 və 4 hərəkət zolağından ibarət yolun üzərində  beş tunel inşa eilir. Ümumi uzunluğu 25,9 km olacaq tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri artıq tamamlanıb.Tikinti işlərində xüsusilə qardaş Türkiyənin  bu sahə üzrə ixtisaslaşmış  mütəxəssisləri də  çalışır.

Hatuhan Ayçelik inşaat mühəndisidir. O, deyir ki, texnik detallar xaricində  bu projenin bu bölgədə, 30 illik işğaldan sonra azad edilmiş bu torpaqlarda həyata keçirilməsi bizim üçün təbii ki, son dərəcə qürurvericidir.

Qeyd edək ki, layihənin 16-cı kilometrllik hissəsindən Murovdağ silsiləsi başlayır. Çətin relyefi nəzərə alaraq dağ silsiləsinin altından  12 metr enində tunel inşa edilir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun üzərindəki ən uzun tunel  Murovdağ tunelidir. Uzunluğu  11,6 kilometrdir. Gediş-gəliş olmaqla 2  hissədən ibarətdir. Daxilində 38 bağlama keçidi var. Tunelin 3500 hissəsi tamamilə qazılıb. Hazırda  isə digər hissələrə doğru  qazıntı işləri aparılır. Eyni zamanda betonlama işləri də  həyata keçirilir.

Türkiyəli işçi Okan Ərgünay bildirir ki, inşallah, sağsalamat bu pojeyi də bitirəcəyik. İşlərimiz yolunda davam edir.  Bizim üçün gözəl bir duyğu. Bu projenin bir parçası olmaq həqiqətən də qürur verir. İsmayıl Abaç  qeyd edir ki, üç ildir burdayam, Şuşada da  işlədik, Kəlbəcərdə də işlədik, hələ də burda işləyirik. 30 il sonra azərbaycanlı qardaşlarımız öz torpağına qovuşdu. Burda çalışmaqdan məmnunuq. Azərbaycanlı işçi Xaləddin İsmayılov isə deyir ki, ilk dəfədir Kəlbəcərdə işləyirəm. Üç ildir ki, bu qardaşlarla birlikdə çalışırıq, çox şükür ki, arzumuza çatdıq. Akif Məmmədov da onun sözünə qüvvət verərək bildirir ki, çox şükür, 3 ildir burda işləyirik və əlavə edir ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi, burada tunellərin qazılmasında əməyimizin olması bizim üçün böyük fəxrdir.

Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundan başqa işğaldan azad  edilən ərazilərdə ümumi uzunluğu 66 kilometrə yaxın olan 39 avtomobil tuneli inşa edilir.

Azərbaycan Prezidentinin tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə yol infrastrukturunun qurulması, keçmiş məcburi köçkünlərin  rahat və təhlükəsiz formada Qarabağ və Şərqi Zəngəzura qayıdışını təmin edəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər