21.11.2024, 23:12
AZ EN
03.09.2024, 13:06 243

AAYDA rəsmisi: Şərqi Zəngəzurda yol infrastrukturunun yenidən qurulması tam sürətlə davam etdirilir

ŞƏRQİ ZƏNGƏZUR
  • Şərqi Zəngəzur iqtisadi rayonunda yol infrastrukturunun yenidən qurulması tam sürətlə davam etdirilir.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov deyib.

O bildirib ki, bu çərçivədə həyata keçirilən layihələrdən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşasıdır:

“Ümumi uzunluğu 82 kilometr olan bu yol başlanğıcını Toğanalı kəndindən götürməklə, Kəlbəcər rayonunun İstisu qəsəbəsinə qədər davam edəcək. Yol birinci və ikinci texniki dərəcənin tələblərinə uyğun qaydada inşa olunmaqdadır.

Yol boyu 5 tunelin tikintisi nəzərdə tutulub. Regionunun ən böyük tuneli də məhz bu yol oxunda yerləşir. O, Murovdağ silsiləsinin altından keçir, ümumi uzunluğu 23,7, tikiləcək tunellərin ümumi uzunluğu isə 26 kilometrdir.

Yol oxu çətin relyefdən və dağlıq ərazidən keçdiyi, o cümlədən, çay yatağı boyunca davam etdiyi üçün yamacbərkitmə işləri, istinad divarlarının və mühəndis qurğularının inşası nəzərdə tutulub. Bu məqsədlə 69 kilometr uzunluğunda sintetik tordan istifadə etməklə, yamacbərkitmə işləri görüləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar. (Report)

Oxşar xəbərlər