"Zəfər.az" xəbər verir ki, Kəlbəcər rayonunun "İstisu" sanatoriyasında yenidənqurma işləri sürətlə davam edir. 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.
Kəlbəcərin İstisu qəsəbəsinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə yaradılan, işğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ