21.11.2024, 20:09
AZ EN
08.03.2023, 10:41 379

Kəlbəcər rayonunun Ağ körpü abidəsi

ŞƏRQİ ZƏNGƏZUR

Hacıdünyamalılar kəndindən İstisuya tərəf Tərtər çayı üzərində XVIII-XIX əsrlərdə tikilmiş "Ağ körpü", sağda İstisuyun cənub-şərqində, Bağarsaqda Turş suyun yanında Tərtər çayı üstündə tikilmiş Məmmədhüseyn körpüsüdür. Yaz-yay aylarında Tərtər çayında daşqınlar zamanı köçlərin keçməsinə imkan vermədiyi üçün köçərgilər günlərlə çayın sahilində qalıb, gözləyirdilər. Ona görə də İmişli rayonundan Məmmədhüseyn adlı bir şəxs öz vəsaiti hesabına bu körpünü tikdirmişdir. Bundan əlavə 1927-ci ildə Zəylik kəndində inşa edilmiş Hacı Əsəd körpüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri"nin siyahısına yerli əhəmiyyətli tarixi abidə kimi daxil edilmişdir. Lakin onu da qeyd edək ki, "Ağ körpü", "Məmmədhüseyn körpüsü", "Hacı Sevdimalı körpüsü", "Hacı Əhməd körpüsü" Azərbaycan Respublikası Nazirlər Kabinetinin adıçəkilən qərarındakı siyahıya daxil edilməyib.

İsa Musayev

Oxşar xəbərlər