22.11.2024, 00:01
AZ EN
26.01.2023, 08:34 351

Kəlbəcər rayonu, Dovşanlı kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Kəlbəcər rayonunda olan Dovşanlı kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə daxil idi. O vaxtkı adı Araçadzor olan bu kənd 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı Qərarı ilə Kəlbəcər rayonuna verilmişdir. Milli Məclisin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Araçadzor adı dəyişdirilərək Dovşanli qoyulmuşdur. Onu da qeyd edək ki, Ağdərə rayonu ləğv edilərkən onun ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Dovşanlı kəndi çox qədim yaşayış məskənlərindən biridir. Burada eramızdan əvvəl 11-10-cu əsrlərə aid 9 kurqan olmuşdur. Bəzi mənbələrdə Ayıdərəsi adlandırılan bu kəndə 19-cu əsrdə erməni ailələri yerləşdirilmiş və onun adını dəyişərək Aracadzor kimi rəsmiləsdirmişdilər. Tədqiqatçı alimlər Aracadzor oykonimini ermənicə arc və dzor sözlərindən ibarət "ayı dərəsi" mənasını ifadə edən toponim kimi izah etmişlər. Amma bəzi tədqiqatçılar qeyd edirlər ki, bu toponim türkmənşəlidir. Orta əsrlərdə İrəvan əyalətində Arcazur, Arcanotsa və s. kənd adları mövcud olmuşdur ki, onların da mənası eynidir. 1917-ci ildə 6 qışlağı olan böyük kənd kimi qeydə alınan Dovşanlı adı ümumtürk toponimiyasında, o cümlədən Qafqazda geniş yayılmışdır. Qəbələdə Dovşan dağı, Şəkidə Dovşan düzü, Qəbələ, Zəngilan, Laçın və Masallıda Dovşan dərəsi, Ağsuda Dovşan yaylağı, Abşeron, İmişli, Gədəbəydə Dovşan təpəsi, Türkiyədə Dovşanlu, Ermənistanda Dovşanlı və s. göstərmək olar. Dovşanlı kəndi Xaçınçayın sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.

İsa MUSAYEV

Oxşar xəbərlər