21.11.2024, 23:23
AZ EN
24.11.2023, 09:02 360

Laçın rayonu, Kamallı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yerləşən Kamallı kəndi dağlıq ərazidədir.

Keçmiş adı Bozlu olmuşdur. Mənbələrdə verilən məlumata görə yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı.

Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub. Kəndin 1992-ci ildə 800–900 baş iribuynuzlu mal-qarası, 6–7 min baş xırda buynuzlu davan, meyvə və bostan məhsulları yetişdirmək üçün böyük bağ sahəsi var idi. Kolxoz təsərrüfatında isə 400 baş iribuynuzlu mal-qara, o cümlədən 150 baş sağmal inək, 4 min baş xırda buynuzlu davan var idi.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci il 1 dekabrdan Azərbaycan Silahlı Qüvvələrinin  nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər