16.04.2024, 19:51
AZ EN
23.02.2023, 08:58 333

Qubadlı rayonu, Göyərcik kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kəndi qədim tarixə malikdir. Kəndin ətrafında aşkarlanmış qədim yaşayış məntəqələri buna əyani sübutdur. Bu mənada demək olar ki, Göyərcik adı bu məntəqəyə çox sonralar verilmişdir. Bəzi tədqiqatçılar güman edir ki, bu yerin adı yaşıllıq və ya yaşıl vadi mənasındandır. Çünki kəndin içərisindən axan bulaq və ətrafının yaşıllığa bürünməsi kəndə xüsusi gözəllik verir, buranın insan məskunlaşması üçün əlverişli bir məkan olduğunu təsdiq edir. Göyərcik kəndi Bərgüşad silsiləsinin yamacındadır. Kənddə məktəb, mədəniyyət evi fəaliyyət göstərirdi. Ərazidən Əhəng daşı, Əqiq çıxarılırdı. Dəyişkən mülayim iqlim tipinə malik olan kəndin əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurdular. Göyərcik kəndi ərazi baxımından böyük olmasa da flora və faunası çox zəngindir. Burada irili-xırdalı təqribən 63 növdə ağac bitir.

Bölgədə həmçinin Ayı, Canavar, Vaşaq, Cüyür, Dağ keçisi, Qartal və onlarla digər heyvan və quşlar var. Uzun illər işğalda qalan kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər