Tədqiqatçıların fikrincə, Şahsevənlərin ataxanlı qolunun beşdəli tirəsinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Yerli əhalinin verdiyi məlumata görə isə, Ordubad rayonunun Tivi kəndindən gəlmiş beş dəliqanlı (igid) qardaş məskunlaşdığına görə kənd belə adlandırılmışdır. 1933-cü ildə Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində də Beşdəlli adlanan kənd qeydə alınmışdır.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə darmadağın edilərək xarabalığa çevrilmişdir.
2020-ci il noyabrın 7-si Beşdəli kəndi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ