Kənd dağlıq ərazidə yerləşir. Keçmiş adı Qoşunəlilər olmuşdur. Kəndi qoşunəlilər nəslinə mənsub ailələr Keçiliqaya deyilən yerdə saldığına görə belə adlandırılmışdır. Oronim kecili (etnonim) və qaya sözlərindən düzəlib, kecili tayfasının adı ilə bağlıdır.
Bu kəndin yerləşdiyi ərazidə dağ keçiləri yaşayan, böyük qayaları olan dağ olduğuna görə belə adlanır. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Kəndin bünövrəsini Gəncənin Balçılı kəndindən gələn Hüseyn adlı bir şəxs qoymuşdur.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
2020-ci il noyabrın 25-dən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ