Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş kəndi erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.
S.Süleymanova