Saldaş kəndi təbiətin yaratdığı gözəllikləri tam əks etdirirdi. Hərtiz Dağının qoynunda məşəliyin içərisində yerləşən Saldaş kəndi bir neçə erməni kəndi ilə üzbəüz ərazidədir. Təbiətin gözəllikləri, Hərtiz dağının əzəməti sanki kənd sakinlərinin xarakterinə hopmuşdu. Kəndin igid oğulları hər zaman mərdlikləri ilə seçilmişlər. Birinci Qarabağ müharibəsində kəndin gəncləri ermənilərlə mərdcə döyüşmüş, şəhidlik zirvəsinə ucalmışlar.
Kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ