Malatkeşin kəndi Zəngilan rayonunun Zəngilan şəhər inzibati dairəsində, Oxçuçayın sahilində, dağətəyində yerləşir. Oykonim malat (maldarlar) və keşin (türk dillərində “düşərgə, dayanacaq”) komponentlərindən düzəlib, “maldarların düşərgəsi” mənasındadır.
1993-cü il Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, işğal dövründə xarabalığa çevrilmiş Malatkeşin kəndi şanlı qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 22-də işğaldan azad olunub.