17.06.2025, 20:49
AZ EN
14.02.2023, 14:49 466

Kəlbəcər rayonu, Zərqulu kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zərqulu kəndi Tirkesəvənd kənd inzibati ərazi dairəsinə aiddir. Uzunyal dağının ətəyində yerləşən yaşayış məntəqəsini Laçın rayonunun Muncuqlu kəndindən gəlmiş hacporuzlar və Dərələyəz mahalından gəlmiş Hamzalar adlı nəsillərə mənsub ailələr salmışdır. Ehtimal olunur ki, kəndin bünövrəsini qoymuş şəxsin adından götürülüb. Digər ehtimala görə onun bünövrəsini 15-16-cı əsrlərdə Şano adlı şəxs qoyub. Bu ərazidə çoxlu sayda qızıl quyuları var. Zər qızıl deməkdir, görünür nə vaxtsa ərazi Zərquyular adlandırılıb, lakin sonralar söz assimilyasiyaya uğrayaraq Zərqulu formasına keçib. Kənd çoxsaylı yaylaqları, bulaqları, məşhur yerləri ilə də fərqlənir. Zərqulu kəndi 25 noyabr 2020-ci ildə erməni faşistlərindən təmizlənmişdir.

İsa Musayev

Oxşar xəbərlər