Azərbaycan Respublikasının Laçın rayonu, Hacıxanlı kənd inzibati ərazi dairəsində olan Qovuşuq kəndi Mıxtökən silsiləsinin ətəyində yerləşir. Əhalisi azərbaycanlılardan ibarətdir. Yaşayış məntəqəsi XlX əsrdə Ağdərə rayonunun Gilərağ kəndindən köçmüş ailələrin Qovuşuq (Murovdağdan axan Mıxtökən və Nərdivan çaylarının birləşərək Şəlvə çayını əmələ gətirdiyi yer) adlı ərazidə məskunlaşması nəticəsində əmələ gəlmişdir. Qovuşuq XIX əsrdə Zəngəzur qəzasında yaşayan qarabayramlı tayfasının qışlağının adı idi. Bəzi ehtimallara görə kəndin adının "qov" adlı qıpçaq tayfası və uşuq / şuq şəkilçisi vasitəsilə yaranmışdır.
İsa MUSAYEV