18.06.2025, 05:46
AZ EN
08.12.2023, 09:00 379

Cəbrayıl rayonu, Dağtumas kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Dağtumas, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidindədir.

Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Tumas olmuşdur. Sonralar bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur rayonları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılmışdır. Cəbrayılın ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m).

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

2020-ci il oktyabrın 23-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər