Azərbaycan Respublikasının Zəngilan rayonunun Xurama kəndi Hacallı kənd inzibati ərazi dairəsindədir. Kənd Araz çayının sol sahilində düzənlik ərazidədir. Bu yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycanın Xurama kəndindən köçüb gəlmiş ailələr salmışlar. Ona görə də köhnə yaşayış yerlərinin adını da buraya vermişlər. Azərbaycan dilinin qərb qrupu dialektlərində xiram "qumlu yer" mənasını ifadə edir. Elə kəndin adı da oykonimdən götürülmüş, Xurama adlandırılmışdır.
İsa Musayev