01.07.2025, 11:35
AZ EN
25.04.2022, 14:00 583

CƏBRAYIL RAYONU

ŞƏRQİ ZƏNGƏZUR
  • Şərqi Zəngəzur İqtisadi Rayonuna daxil olan Cəbrayıl rayonu inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. Kiçik Qafqaz dağlarının cənub şərqində, Araz çayının sol sahilində yerləşən bu rayon cənubdan İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocakənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Orta əsr mənbələrində burada yaşayan Şahsevən, Cavanşir, Əfşar və başqa tayfalarla yanaşı Cəbrayıl tayfasının da adı çəkilir. Rayonun tarixi çox qədimdir. Belə ki, bu ərazi Midiya (e.ə. V11-1V əsrlər) Əhəmənilər İmperiyasının (e.ə. 1V-111 əsrlər), Albaniya (e.ə. 1V-111 əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Dağ Teyas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid təpəsi”, “Canqulu”, “Qumtəpə” kurqanları, Diri dağındakı “Qız qalası”, Xudafəin körpüləri və.s. qədimliyi sübüt edən faktlardır. Cəbrayil yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə də məşhurdur. Uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri işləmiş Teymur Quliyev, Azərbaycan KP MK-nin katibi işləmiş Həsən Həsənov, Azərbaycan Respublikasının Maarif naziri olmuş Mehdi Mehdizadə, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov, Azərbaycan İnformasiya Agentliyi İdarə Heyətinin sədri Aslan Aslanov, Aşıq Qurbani, Aşıq Pəri, Xalq yazıçısı Sabiq Əhmədli, Azərbaycanın Milli Qəhrəmanları Şikar Aslanov, Vüqar Hüseynov, Akif Əkbərov, Vahid Quliyev, Mətləb Quliyev, Şuşa fatehi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Füzuli İmrəliyev və başqalarını göstərmək olar.Birinci Qarabağ Müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olmuş, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 4 ortyabr 2020-ci ildə Cəbrayıl şəhərini, sonrakı günlərdə isə rayonun 90 kəndini işğaldan azad etmişdir. İndi bütün azad olunmuş ərazilərimiz kimi Cəbrayıl rayonu da, yenidən qurulur, abadlaşdırılır. Yaxın vaxtlarda dogma yurd yerlərimizdə həyat yenidən canlanacaqdır.

İsa MUSAYEV 

Oxşar xəbərlər