22.11.2024, 03:54
AZ EN
24.09.2023, 11:04 106

Laçın rayonu, Təzəkənd kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Laçın rayonunun rayonunun Təzəkənd kəndi dağətəyi ərazidədir. XIX əsrin axırlarında nisbətən dağlıq ərazidə yerləşən Qızqaşdı kəndindən köçmüş əhali burada məskunlaşmışlar. Sonra başqa kəndlərdən də adamlar buraya köçmüşdür. Kənd ətraf kəndlərdən sonra salındığı üçün Təzəkənd adlandırılmışdır. 1901-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Təzəkənd kəndində anadan olmuş General Firudin Bəy Dəryal 1919-cu ildə Zəngəzurun erməni daşnaklardan təmizlənməsində, 24 may 1920-ci ildə Gəncə üsyanında iştirak etmişdir. Daha sonra Türkiyədə 1200 nəfərlik Azərbaycan süvari alayının heyəti ilə istiqlal savaşında döyüşmüşdür. Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" ordeni ilə təltif olunmuşdur.  Kəndin görkəmli şəxsiyyətləri çoxdur. Kənd 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR