22.11.2024, 00:23
AZ EN
26.04.2022, 10:02 420

Kəlbəcər rayonunun İlyaslar kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • AZƏRTAC Kəlbəcər rayonunun İlyaslar (Elyasalılar) kəndindən işğalın nəticələrini əks etdirən fotoşəkillər yayıb. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əsasən, Ermənistan Silahlı birləşmələri 25 noyabrda Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil veriblər.

İlyaslar, Elyasalılar – kənd Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin dilində Ellazalılar variantında işlənən bu oykonim haqqında belə ehtimal edilir ki, Elyasalı (Ellazalı) adlı bir Şəxs XIX əsrdə indiki Gədəbəy rayonunun Anqdam kəndindən gələrək Güneydamı adlanan bu yerdə kəndin bünövrəsini qoymuşdur. Kənd də onun adı ilə adlanmışdır. 1917-ci ildə kəndin adı Ellazallar variantında qeydə alınmışdır.

Oxşar xəbərlər