Kəndin əvvəlki adı Sınıqkilsə olmuşdur ki, bu da kənd ərazisində mövcud olmuş qədim Alban kilsəsinin qalıqları ilə əlaqədardır. Bu qalıqlar Sınıqkilsə kəndinin qədim yaşayış məskənlərindən biri olduğuna dəlalət edir. Kəndin Başkənd, Gölyeri, Sınıqkilsə kimi hissələri vardır.
Kənd yaxınlığındakı Qoçdaş yaylağında mövcud olan tarixi yüz illərlə ölçülən qədim qoç heykəlləri sonralar Kəlbəcər rayonunun tarix-diyarşünaslıq muzeyinə aparılıb.
Əhalisinin əsas məşğuliyyətindən biri də xalçaçılıq olmuşdur. Demək olar hər bir ailədə hər il qış fəsilində qədim ənənələrə uyğun kilim və xalçalar toxunurdu.
Hacıkənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilib.
S.Süleymanova