Kənd XIX əsrdə sarallı tayfasının aldavudlu, qəzənfərli, ismayıllı, hacıaxundlu nəsillərinə məxsus binə yerində salınmışdır. Oykonim ağ (burada varlı, dövlətli, yaşayış səviyyəsi yüksək olan) və kənd (əhalisi əksəriyyətlə kənd təsərrüfatında çalışan yaşayış məntəqəsi) sözlərindən düzəlib, "varlı kənd" deməkdir.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ