21.11.2024, 19:07
AZ EN
11.06.2024, 08:47 316

Kəlbəcər rayonu, Laçın kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində olan Laçın kəndi dağətəyi ərazidə yerləşir.

XIX əsrin əvvəllərində Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Xudayarlı və Çiraqlı nəsillərinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Laçın dağının adı ilə bağlıdır.

Kəndin bünövrəsini XVIII əsrdə Laçın rayonundan gələn Xudayar, Allahyar və Bərxudar qoymuşlar. Xudayar və Allahyar qardaşdırlar. Kəndin adını öz rayonlarının adı ilə adlandırmışlar.

Digər bir varianta görə kənd Laçın dağının ətəyində yerləşdiyinə görə belə adlanır. Laçın sözü quş adıdır. Əlçatmaz sıldırım qayaları olan dağlarda laçın quşu yaşayır. Laçın dağının əlçatmaz sıldırım qayaları var. Laçın yalçın, sıldırım mənasını verir.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Laçın kəndi 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər