Şeylanlı oykonimi XIX əsrin ortalarında Azərbaycanda yaşayan kürd mənşəli şeylanlı tayfasının adını əks etdirir. Qaraçorlu tayfa ittifaqına daxil olan şeylanlılar hələ XVII əsrin əvvəllərindən İrandan gələrək Azərbaycanda məskunlaşmışlar.
Bu ərazi işğal dövründə ermənilər tərəfindən Shrvakan icması adlandırılmışdır.
Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçib.
Tahirə AĞAMİRZƏ