Laçın rayonunun Qarıqışlaq kəndi ərazisində bir neçə tarixi abidə vardır. Burada qazıntı zamanı tapılan qəbir daşının üzərində "Məlikəhmədin qəbri, 925-ci il" yazısı həkk olunmuşdur. Kənddə həmçinin Ağzıbir kahası, Ulu körpü, Qafqaz Albaniyası dövrünə məxsus ölçüsü 5.80 x 2.50 metr, hündürlüyü 4.4 metr olan birnefli sovməə də mövcuddur. Tədqiqatçılar qeyd edirlər ki, ərazidə xeyli tarixi abidələr olsa da, Ağzıbir kahası daha qədim tarixi abidədir.
İsa Musayev