Narlı dərə, Uzun dərə, Çiçək yarağanı, Seləli bulağı, Ağalı tapı, Çaylaq və.s. toponimlərini özündə əks etdirir. 1886-cı il 14 may-17 dekabr ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Seləli kəndində 48 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 238 nəfər (139 nəfəri kişilər, 99 nəfəri qadınlar) əhali yaşayıb.
Seləli kəndi 1993-ci ildə erməni terorçuları tərəfindən işğal edilmişdi.
Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Tahirə AĞAMİRZƏ