01.07.2025, 23:09
AZ EN
28.07.2023, 17:17 469

Cəbrayıl rayonunun Balyand kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Balyand Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənddir.

Əhalinin sayına görə Cəbrayılın 4-cü böyük kəndinin tarixi XVII əsrə gedib çıxır. Kiçik Qafqazın cənub-şərq ətəklərində meşədə salınmış bu kəndin sakinləri yerli və Cənubi Azərbaycandan gələnlər olub. Əlverişli coğrafi mövqedə yerləşməsi sonradan bura köçən tayfaların sayının artmasına səbəb olub.

Balyand yerli əhalinin dilində bələn sözünün təhrif olunmuş formasıdır. Qozluçayın sağ sahilində, dağ ətəyində yerləşən kəndin adı "hündür yer, təpə" mənasını ifadə edir. Xalq etimologiyasına görə, əvvəllər burada balı yandıraraq alınan şəkərdən çay hazırlanarmış. Buradan da Balyand adı yaranmışdır. Başqa bir məlumata görə, kənd vaxtilə Cənubi Azərbaycanın Balyand kəndindən çıxmış ailələr tərəfindən salınmışdır.

Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olub. Üzümçülük,taxılçılıq ,baramaçılıq,heyvandarlıq əsas məşğuliyyətləri olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il okyabrın 21-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən  işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər